Mehdiyevin iqtisadi imperiyası və aktivləri, adam ev həbsinə düşəndən 19 dəqiqə sonra mediada yayıldı..- zamanında bu haqda yazan jurnalustlər indi ya həbsdədir, ya da ölkədən qaçıblar

17-10-2025, 08:57           
Mehdiyevin iqtisadi imperiyası və aktivləri, adam ev həbsinə düşəndən 19 dəqiqə sonra mediada yayıldı..-
Kimsə təəcübləndi, kimsə hər şeyi çoxdan bilirdi, kimsə məzələndi, mırt tutdu - indi ciddi danışaq.
Ramiz Mehdiyev məsələsi prezident, iqtidar, hökumət üçün, ən azı, mənəvi və siyasi məsuliyyət yaradır.
Əgər bir şəxs 30 ilə yaxın ölkədə qanunları pozub, seçki saxtalaşdırıb, başqa ölkənin maraqları üçün çalışıbsa və bunu iqtidar bilməyibsə, bu çox pisdir, yəni, bilib, iştirak etməkdən daha betərdir.
Yaponiyada, məsələn, hökumətin hansısa qəbahəti, səhvi olanda bütün nazirlər kabineti yığışır, kameralar qarşısında xalqdan üzr istəyir. Cənubi Koreyada da belə bir siyasi mədəniyyət var.
Yaxşı, bu 30 ilə görə kimsə üzr istəyəcəkmi, səhvlərini etiraf edəcəkmi?!
İndi iqtidara yaxın media açıq-aşkar yazır ki, Mehdiyev deputatları təyin edib: hər seçkidən sonra bunu deyən, sübut edən müxalif və müstəqil namizədləri təqib, hətta həbs edirdilər - bəs bunun üzrü olacaqmı?!
Mehdiyevin iqtisadi imperiyası və aktivləri, adam ev həbsinə düşəndən 19 dəqiqə sonra mediada yayıldı, amma, zamanında bu haqda yazan jurnalustlər indi ya həbsdədir, ya da ölkədən qaçıblar - bunun üzrü necə olacaq?!
"Mehdiyevgate" sistemin bütün zəif nöqtələrini göstərir, bu ayıbı sistemli islahatlarla örtmək lazımdır, yoxsa Dövlət adlanan institut tam gözdən düşmüş olacaq ki, bu da xalq və gələcəyimiz adına yolverilməzdir...
Natig Cəfərli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru