RAMİZ MEHDİYEVİN ERMƏNİSTANDA MÜLKLƏRİ VAR?

17-10-2025, 09:18           
RAMİZ MEHDİYEVİN ERMƏNİSTANDA MÜLKLƏRİ VAR?
Hüquq-mühafizə orqanlarının Ramiz Mehdiyev barəsində ev dustaqlığı qəti imkan tədbiri seçməsi haqqında informasiya ictimailəşəndən sonra mediada, sosial şəbəkələrdə müxtəlif səpkidə yazılar, şərhlər verilir.
Hər kəs öz mülahizəsini, versiyasını irəli sürür. Yayılan Hüquq-mühafizə orqanlarının Ramiz Mehdiyev barəsində ev dustaqlığı qəti imkan tədbiri seçməsi haqqında informasiya ictimailəşəndən sonra mediada, sosial şəbəkələrdə müxtəlif səpkidə yazılar, şərhlər verilir.
Hər kəs öz mülahizəsini, versiyasını irəli sürür. Yayılan xəbərlərdən bir qismində isə Ramiz Mehdiyevin maddi imkanı araşdırma mövzusuna çevrilib. “Boz kardinal”ın varidatı, pulları, mülkləri, kommersiya obyektləri, müxtəlif təyinatlı torpaq sahələri barədə siyahılar da dərc olunur
. Həmçinin, onun Bakının “Sədərək” Ticarət Mərkəzinin pay sahiblərindən olduğu da deyilir. Bununla əlaqədar həmin ticarət mərkəzinin mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədimova telefon zəngi edib məsələnin belə olub-olmadığını öyrənmək istədiyimi bildirdim.
Kəmaləddin müəllim deyilənlərin yalan olduğunu bildirərək Ramiz Mehdiyevin bu ticarət obyekti ilə hər hansı əlaqəsinin olduğunu qəti şəkildə inkar etdi.
Mətbuat xidmətinin rəhbəri onu da qeyd etdi ki, Ramiz Mehdiyevin izini “Sədərək” Ticarət Mərkəzində deyil, indiki Ermənistan Respublikasının ərazisində qalan tarixi məkanımız-ermənilərin Sevan dedikləri Göyçə gölünün həndəvərində axtarmaq lazımdır.
Məhz orada Ramiz Mehdiyevə məxsus çoxlu malikanələr tapmaq olar…
Sima Babayeva
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru