Rektora 60 min manat atdılar - Professoru aldadanlar kimlərdir?

18-10-2025, 10:28           
Rektora 60 min manat atdılar -
Son zamanlar Azərbaycanda mənzil dələduzluğu pilləli şəkildə artmaqdadır.

Oxu24.com xəbər verir ki, belə şirkətlərdən biri də hüquqi ünvanı Bakı şəhəri,Səbail rayonu,T.Əliyarbəyov qardaşları ev 25,mənzil 43 olan Xırdalan şəhəri,H.Aslanov küçəsi 21 ünvanında çoxmərtəbəli mənzil inşa edən "Avro Qrand" MMC-dir.

Adıçəkilən şirkətin direktoru,satış şöbə rəisi və iş icraçısı Xanlar Məmməd oğlu Cəfərov,Xəzər Qurban oğlu Əliyev və Elgiz Eldar oğlu İsmayılov Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru,professor Zəfər Qəzənfər oğlu Qurbanovu mənzil satacaqları adı ilə 60 min manat aldadıblar.

Onlar Zəfər Qurbanova satdıqları mənzili eyni zamanda Vüsal Hüseynov,Elçin Gülalıyev,Vüqar Abdullayev adlı şəxslərə də eyni üsulla satıblar.

Şirkətin hər 3 səlahiyyətlisi hazırda həbsdədir.

Barələrində Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsi tərəfindən 232026387 nömrəli cinayət işi başlanıb.

İş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,178.3.2,178.2.3 və 320.1 -ci maddələrinin tələbələrinə uyğun olaraq təqib edilib.

Məhkəmə araşdırması üçün iş Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynova həvalə olunub.

Oxu24.com məsələyə münasibət öyrənmək məqsədi ilə rektorun özü ilə əlaqə saxlayıb.O,məsələ haqda danışmaq istəməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru