Şəmxaninin qızının dəbdəbəli toyu yenidən gündəmdə VİDEO

20-10-2025, 08:14           
Şəmxaninin qızının dəbdəbəli toyu yenidən gündəmdə  VİDEO
Şəriət xalq üçün itaət qılıncıdır
Xameneyinin müşaviri və Ali Təhlükəsizlik Şurasının keçmiş katibi Əli Şəmxaninin qızının Tehrandakı şadlıq evlərinin birindəki toy mərasimi.
Cavanşir Həsənli
Sosial şəbəkələrdə İranın ali rəhbərinin müşaviri və Ali Təhlükəsizlik Şurasının keçmiş katibi Əli Şəmxaninin qızının toy mərasimindən videolar yenidən yayılıb. Kadrlar ictimaiyyətdə geniş müzakirələrə və tənqid dalğasına səbəb olub.
Bu nikah mərasimi ötən il Tehranın lüks “Espinas Palas” otelində baş tutmuşdu və “Arman Melli” qəzeti həmin vaxt “Espinas Persian Otelində toy qalmaqalı” başlıqlı məqalə dərc etmişdi.
Qəzetin məlumatına görə, mərasimin xərci təxminən 1 milyard 400 milyon tümən (14 min 703 $) olub. Məqalə müəllifi qeyd etmişdi ki, ölkədə iqtisadi sanksiyalar və inflyasiya şəraitində belə bir dəbdəbənin nümayişi, sadə vətəndaşlardan səbir və təmkin gözləyən hakimiyyət üçün suallar doğurur.
Yeni yayılan görüntülər İran cəmiyyətində sosial bərabərsizlik, korrupsiya və elitanın həyat tərzi mövzusunda mübahisələri yenidən alovlandırıb. \
TEREF

Azad Iran

Поделился/-ась с Доступно всем
 
Подписаться
🇮🇷 Şəmxaninin qızının dəbdəbəli toyu yenidən gündəmdə 👰‍♀️💸
So...
Ещё
66
5












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru