Mehdiyevin nəvəsinin toyundan görüntülər – Abel Məhərrəmovun o məşhur tostu (VİDEO)

20-10-2025, 16:10           
Mehdiyevin nəvəsinin toyundan görüntülər – Abel Məhərrəmovun o məşhur tostu (VİDEO)
2020-ci ildə Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasiminin keçirilməsi ilə bağlı video çoxlarının yadındadır.

TEREF savashmedia.az xəbər verir ki, sərt karantin rejiminin hökm sürdüyü həmin günlərdə Ramiz Mehdiyevin nəvəsinin toyuna gedənlər sərt şəkildə qınanmışdı.
Ramiz Mehdiyevin həbsindən sonra isə 5 il öncəki həmin toy yenidən xatırlanır və toya dəvət alanlar Mehdiyev komandasının üzvləri adlandırılır.
Həmin toyda canfəşanlıqla iştirak edənlərdən biri isə Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov olub.
Yayılmış görüntülərdə onun Ramiz Mehdiyevin şərəfinə “tost” dediyi eşidilir:
“Ramiz müəllim, biz sizin xidmətlərinizi çox böyük qiymətləndiririk. Çox böyük! Nəinki biz. Biz kimik ki? Xırda adamlarıq. Xalqımız çox böyük qiymətləndirir. Bu uğurlarımızın həyata keçirilməsində taktiki addımlara siz rəhbərlik etmisiniz”.
Görüntüləri təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]