Ramiz Mehdiyev AMEA-da hansı nazirlərlə görüş keçirib?-Fotofakt

21-10-2025, 11:56           
Ramiz Mehdiyev AMEA-da hansı nazirlərlə görüş keçirib?-Fotofakt
Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmənin qərarı ilə ona 4 aylıq ev dustaqlığı cəzası verilib.

Günlərdir medianın əsas gündəm mövzusu Ramiz Mehdiyevin xəyanəti,onun ailəsi,vəzifədə olan qohumları,əmlakları və bu kimi məsələlər müzakirə olunur.

XALQ xəbər verir ki,Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad olunduqdan sonra AMEA-nın prezidenti vəzifəsində olduğu dönəmdə mühüm görüşlər keçirmiş və bu məsələ ictimayyətdə ciddi müzakirə olunur.

Həmin görüşləri oxuculara təqdim edirik:

16 yanvar 2020-c il tarixində Ramiz Mehdiyev AMEA-nın Rəyasət Heyətində Əmək və əhalinin sosial müdafiəsi naziri olmuş Sahil Babayevlə görüş keçirilib.

Sahil Babayev hal-hazırda Maliyyə naziri vəzifəsində çalışır.

23.01.2020-ci il tarixində Ramiz Mehdiyev AMEA-da Hesablama Palatasının sədri Vüqar Gülməmmədov görüş keçirib.

Qeyd edək ki, Vüqar Gülməmmədov 2013-cü ildən Hesablama Palatasının sədridir.

3 fevral 2020-ci il tarixində Ramiz Mehdiyev bir sıra dövlət rəsmiləri ilə görüşü keçirilib.

Ramiz Mehdiyev AMEA Rəyasət Heyətində Azərbaycan Respublikası Prezidentinin İqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirov, Maliyyə naziri Samir Şərifov, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ilə görüş keçirilib.

****

12 fevral 2020-ci il tarixində Ramiz Mehdiyevin AMEA-da İqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşü keçirilib.

media-600



Ardı var….












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]