Nura Suridən ETİRAZ: " Ay camaat, sizi niyə başqa insanların şəxsi həyatı narahat edir?"

25-10-2025, 11:44           
Nura Suridən ETİRAZ: " Ay camaat, sizi niyə başqa insanların şəxsi həyatı narahat edir?"·
TEREF yazır ki, ünlü müğənnimiz Nura Suri aktual bir mövzu barədə danışaraq öz etirazını bildirərək yazır:
"Əvvəllər tez-tez yazıb insanlarla fikirlərimi bölüşürdüm Facebookda, sonralar azaltdım, indi isə heç nə bölüşmək istəmirəm. Çoxunun düşündüyündən fərqlənən fikirlər qəbul olunmur. Bəziləri ümumiyyətlə oxuduğu cümləni anlamır - bu, əsl faciədir, anlayanların çoxu isə qorxur və ya çəkinir.
Bu gün bir xəbər oxudum: deməli, “Oteldə əməliyyat” başlığı ilə yazılmışdı. İki yetişkin insan gedib oteldə nömrə götürüb, intim əlaqədə olublar. Bunları gəlib oteldə tutublar ki, “əxlaqsızlıq edirsiniz”. Otel rəhbərini də tutublar ki, sənədsiz otaq vermisiniz. Nəsə belə bir şey yazılmışdı.
Otel işçilərini tutmusunuz, hər hansı bir səbəbə görə əcəb etmisiniz.
Bəs iki yetişkin insan intim münasibət üçün mütləq evlənməlidirmi? Belə bir qanun varmı? Mən nəsə başa düşə bilmirəm. Niyə axı iki insanın bir-biri ilə münasibətinə müdaxilə edilir, “əxlaqsız” adlandırılır? Ümumiyyətlə, iki yetişkin insan oteldə bu işlə məşğul ola bilmirsə, harda məşğul olsa “əxlaqsızlıq” kimi qəbul olunmaz?
TEREF yazır ki, daha sonra ünlü müğənni davam edərək yazır:
Ay camaat, sizi niyə başqa insanların şəxsi həyatı narahat edir? Bir düşünün, uşaqlıqda nə travmalar almısınız, nə yaşamısınız ki, başqalarını beldən aşağı mühakimə edirsiniz? Ümumiyyətlə, kiminsə geyimi, seks həyatı sizi niyə narahat edir ki?
Uşaqlarınızı bəhanə etməyin, onlar zatən internetdə hər şeyi görüb, bilirlər. Bütün “düşüklükləri” TikTok-dan öyrənirlər. Onsuz da ətrafınızda özünü abırlı təqdim edən yaşlı pedofil qonşularınız, qohumlarınız var, unutmayın. Heç aqibəti də bəlli olmadı həmin o əclafın (4 yaşlı uşaqla oynaşan).
Vaxtınızı öz övladlarınızı yaxın bildiklərinizdən, internetdə baxdıqlarından qorumağa sərf edin. Yoxsa oturub sosial şəbəkələrdə öz uşaqlıq travmalarınızı başqalarına şər-böhtan atmağa, qeybət etməyə yönəltməyin.
Ağzınızdan çıxan sözlər sizə aiddir, haqqında danışdığınız adama yox. Özünüzə hörmət edin."












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]