Şəki xəstəxanasında biganəlik: Şəkərli diabet xəstələri dərmanlarını ala bilmirlər VİDEO

31-10-2025, 09:17           
Şəki xəstəxanasında biganəlik: Şəkərli diabet xəstələri dərmanlarını ala bilmirlər VİDEO
Şəki Mərkəzi Rayon Xəstəxanasının qeydiyyatında olan şəkərli diabet xəstələri dərmanlarını ala bilmədiklərini deyirlər.

XALQ-ın məlumatına görə, Şəkinin dörd bir tərəfindən gələn şəkərli diabet xəstələri dərmanlarını almaq üçün günlərlə gözləsələr də, növbələri çatmır.

Sakinlərin iddiası budur ki, növbələrin uzanmasına səbəb qeydiyyat zamanı yaranan ləngimələrdir.

Şəki Rayon Mərkəzi Xəstəxanasından “Xəzər Xəbər”ə bildirildi ki, polikilinika şöbəsində 5 min şəkərli diabet xəstəsi qeydiyyatdadır. Yeni qanunvericiliyə əsasən, onlar təzə yaradılan elektron modul sisteminə qeydiyyata salınmalıdırlar ki, bu da çox vaxt aparır. Bununla əlaqədar şöbədə iş saatı da 14:30-dan 17:00-dək uzadılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]