Hesablama Palatası Elm və Təhsil Nazirliyində yoxlamalara başlayıb

31-10-2025, 11:16           
Hesablama Palatası Elm və Təhsil Nazirliyində yoxlamalara başlayıb
Hesablama Palatası Elm və Təhsil Nazirliyində audit keçirir.

Tribunainfo.az xəbər verir ki, bu barədə apa-ya qurumdan bildirilib. Qeyd edilib ki, Hesablama Palatası 2025-ci ilin İş Planına əsasən Elm və Təhsil Nazirliyində audit həyata keçirir. Audit Nazirliyin fəaliyyətində təhsil sisteminin informasiyalaşdırılması proseslərinin səmərəliliyi və nəticəliliyinin qiymətləndirilməsini əhatə edir. Bununla yanaşı, qurum Nazirliyin tabeliyində fəaliyyət göstərən “Təhsil Respublika İdman Mərkəzi” publik hüquqi şəxsdə də nəzarət tədbiri həyata keçirir.

Palatadan əlavə edilib ki, hər iki istiqamət üzrə audit prosesi hazırda davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]