Milli Məclisdə jurnalistlərə qoyulan bu qadağa götürüldü

31-10-2025, 15:28           
Milli Məclisdə jurnalistlərə qoyulan bu qadağa götürüldü
Milli Məclisdə jurnalistlər üçün qoyulan telefon qadağası ləğv olunub.

Referans.az xəbər verir ki, bu gündən etibarən media nümayəndələri parlamentin binasında telefon məhrumiyyətindən azad olunur.

Belə ki, artıq binaya daxil olan media nümayəndələrinin telefonları onlardan alınmayacaq.


Qeyd edək ki, bu qərar 2022-ci ildən icra olunurdu. Ötən həftə Əməkdar jurnalist, Real TV-nin baş redaktorunun müavini Mahir Məmmədli məsələni gündəmə gətirərək Milli Məclisdə jurnalistin telefonunun əlindən alınmasını onun fəaliyyətinə maneə kimi qiymətləndirmişdi. /qafqazinfo












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]