“Ləzzət Dünyası”nın sendviçlərində saxta məlumat – Foto

6-11-2025, 16:08           
“Ləzzət Dünyası”nın sendviçlərində saxta məlumat – Foto
“Ləzzət Dünyası” brendinə məxsus sendviçlərin qablaşdırmasında yalan məlumat yazılır.

Tribunainfo.az xəbər verir ki, qablaşdırmanın üzərində qeyd edilən mılumatların saxta olduğunu şikayətçi Günel İsmayıl üzə çıxarıb. O bildirib ki, bu sendviçlərin üzərindəki məlumatlar absurddur:

“Absurd göstəricilərə sahib “sendviçlər”. Qida dəyəri səhvdir. Ümid edirəm düzəliş edərlər”.

Məhsulun üzərindəki məlumata görə, məhsulun 100 qr-da qida dəyəri (orta göstırici) zülalar 1,62 qr, yağlar 6,3 qr, karbohodratlar 0,7 qr-dır.

Xatırladaq ki, 100 qram çörəkdə ən azı 40-45 qram karbohidrat olur. 0,7 qr karbohidrarın olması isə absurddur.

Görünür istehsalçı alıcıların bu barədə az məlumatlı olmasından istifadə edərək tərkibi, qida dəyəri məlum olmayan qidalar hazırlayaraq satışa çıxarır.

Sendviçləri hazırlayan “Ləzzət Dünyası” ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz baş tutmadı.

Qarşı tərəfin mövqeyini işıqlamdırmağa hazırıq.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]