Rəhimə Atəşin klinikası lisenziyasız işləyirmiş - CƏRİMƏLƏNDİ

15-11-2025, 08:05           
Rəhimə Atəşin klinikası lisenziyasız işləyirmiş - CƏRİMƏLƏNDİ
Bakının Nəsimi rayonunda fəaliyyət göstərən “Rəhimə” Reabilitasiya Mərkəzinə cərimə yazılıb.
Səhiyyə Nazirliyindən Yurd.Media-ya bildirilib ki, Mərkəzin 2023-cü ildən lisenziya olmadan özəl tibbi fəaliyyət göstərməsi aşkar edilib.

Bu səbəbdən “Rəhimə Atəş” Reabilitasiya Mərkəzi İnzibati Xətalar Məcəlləsinin 210.1-ci (Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 5000 manat məbləğində cərimə edilib.

Cərimə olunan şəxs qərarın ləğv olunması üçün Nəsimi Rayon Məhkəməsinə müraciət etsə də hakim Ceyhun Tağıyevin sədrliyi ilə keçirilən prosesdə şikayət təmin edilməyib.

Qeyd edək ki, bu ilin əvvəlində jurnalist Qənirə Ataşova televiziya proqramlarında aktiv olan tanınmış fizioterapevt Rəhimə Atəşə məxsus sənədləri yayıb, onun Odlar Yurdu Universitetini biologiya üzrə bitirdiyi məlum olub.

Rəhimə Atəşə özü barədə məlumatlarda Türkiyənin İstanbul və Ankara şəhərlərində və nüfuzlu xəstəxanalarında, illərlə müşahidəçi həkim olaraq çalışdığını qeyd edib, Braxial plexsus və digər koordinasiya pozuntuları, uşaqlarda beyin iflici, iflicli xəstəliklər kimi sahələrdə uzmanlaşdığını desə də uzmanlıq dərəcəsi üçün Türkiyədə təhsil aldığı sənədləri mövcud deyil.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]