Xırdalan Çörək Zavodunun qoçuları juranlistlərə hücum çəkdilər

22-12-2025, 00:15           
Xırdalan Çörək Zavodunun qoçuları juranlistlərə hücum çəkdilər
Bu il Milli Mətbuatımızÿın 150 illik yubileyi geniş səviyyədə qeyd olunsa da, seçilən jurnalistlərin əməyi dövlət rəhbərliyi tərəfindən müxtəlif mükafat və fəxri adlarla qiymətləndirilsə də, yerlərdə müstəqil media nümayəndələrinin peşə fəaliyyətinə müdaxilə, maneçilik halları müşahidə olunmaqdadır. Xoşagəlməz haldır ki, əvvəllər belə qanunsuz hərəkətlərə fəaliyyətlərində şəffaflığı təmin etməyən, korrupsiyaya qurşanan məmurlar qol qoyurdularsa, indi artıq sahibkarlar, iş adamları da jurnalist görəndə elə bil, “qutuda ilan” görürlər.

Bu gün gunorta saatlarında “Nyus.az” informasiya portalının əməkdaşları redaksiyaya daxil olmuş məlumat əsasında Abşeron rayonu, Xırdalan şəhəri, Qara Qarayev küçəsində inşa olunan qanunsuz tikililərin video-çəkilişini apardıqları zaman yaxınlıqda yerləşən Xırdalan Çörək Zavodunun dörd nəfər işçisi tərəfindən zorakı hücuma məruz qalıblar. Hücum edənlər əməkdaşlarımıza təhqiredici ifadələr işlədərək, əl-qol atıb və çəkiliş apardıqları yerdən uzaqlaşmalarını tələb ediblər. Halbuki, video-görüntüləri qeydə alınan obyektin Xırdalan Çörək Zavodunun infrastrukturuna heç bir aidiyyəti yoxdur.

Hücuma məruz qalan əməkdaşlarımız dərhal Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vurub hadisə barədə məlumat veriblər. Şikayətləri ərazi aidiyyəti üzrə Abşeron Rayon Polis İdarəsində qeydə alınıb, hazırda fakt üzrə araşdırma aparılır. Nəticə barədə saytımızın oxucularına əlavə məlumat veriləcək.
Nyus.Az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]