Uşaqlar 5 gün bağça işçilərinin evlərində saxlanılıb – Biləcəridəki körpələr evində qalmaqal-Video

31-12-2025, 08:44           
Uşaqlar 5 gün bağça işçilərinin evlərində saxlanılıb –
Paytaxtın Biləcəri qəsəbəsində yerləşən 298 saylı körpələr evində qalmaqal yaşanıb.

XALQ xəbər verir ki, Valideynlərin “Unikal”a verdiyi məlumata görə, bağçanın müdiri Aysel Alməmmədova körpələr evinə qeydiyyatdan kənar uşaqlar götürüb:

“Bir neçə gün əvvəl bağçaya yoxlama gəlib. Aysel Alməmmədova bu səbəbdən qeydiyyatdan kənar olan uşaqları bağçanın əməkdaşlarının evlərinə göndərib. Bu proses 5 gün davam edib.

Valideyn isə bundan xəbərsiz olub. Elə bilirik ki, uşaq bağçadadır. Sən demə, uşaqlar 5 gün bağça işçilərinin evlərində saxlanılıblar. Məsələni gizlətmək üçün yalandan deyirdilər ki, guya uşaq yatıb, yemək yeyir və s”, – deyə əlavə edilib.

Qeyd edək ki, A.Alməmmədova 2017-ci ildən etibarən 298 saylı körpələr evinin müdiridir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]