Məcnun müəllim nədən Gürcüstanda maldarlıq inkşaf edir, gəlir gətirir, bizdə isə geriləyir...
Bu gün, 15:21
Bu ilin ilk 6 ayında Gürcüstan xarici ölkələrə 11,7 milyon ABŞ dolları dəyərində diri qoyun satıb ki, bu da bir il əvvəlki göstəricidən 3 dəfə çoxdur. Bu il keçən ilin eyni dövrünə nisbətən Gürcüstan Azərbaycana 2,5 dəfə çox diri qoyun ixrac edib. Aramızda bağlı qalan sərhəd var, qapalı sərhədin o tərəfində soydaşlarımız son illər qoyun sayını 1,5 dəfə, ixracı 3 dəfə artırıb. Mənasızcasına qıfıl vurulan sərhədin biz tərəfində yaşayan soydaşlarımız isə mal-qara saxlamaq istəmir, son 5 ildə ölkədə qoyun-keçi sayı 1 milyon 301 min baş azalıb. Yaxşı, eyni qoyun, eyni insan, arada bağlı sərhəd - niyə orda soydaşımız uğur və pul qazanır, bizdə isə ancaq şikayət edir, işləyə bilmir?! Natig Jafarli