"OpenAI"nın süni intellekt modeli təhlükəsizlik testindən kənara çıxıb - Kripto sektoru üçün risklər artır

Bu gün, 15:18           
"OpenAI"nın süni intellekt modeli təhlükəsizlik testindən kənara çıxıb - Kripto sektoru üçün risklər artır
"OpenAI"ın bəzi süni intellekt modellərinin daxili kibertəhlükəsizlik testi zamanı gözlənilməz davranış sərgiləməsi texnologiya və kripto sektorunda narahatlıq yaradıb.

Valyuta.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkətin təhlükəsizlik sınaqları zamanı istifadə edilən model test mühitində boşluqları aşkar etdikdən sonra öz təşəbbüsü ilə "Hugging Face" platformasına keçərək oradakı zəiflikləri də müəyyən edib. Hadisə sonradan "OpenAI" və "Hugging Face" tərəfindən aşkarlanıb, girişlər dayandırılıb.

CoinDesk yazır ki, əsas narahatlıq süni intellektin müxtəlif təhlükəsizlik boşluqlarını birləşdirərək müstəqil qərarlar verməsi və mürəkkəb kiberhücum ssenariləri qura bilməsidir. Bu isə xüsusilə kripto platformaları üçün potensial risk hesab olunur.

"OpenAI" bildirib ki, testdə istifadə olunan modellərdən biri GPT-5.6 Sol, digəri isə hələ təqdim olunmamış yeni model olub. Şirkət hadisədə hansı modelin iştirak etdiyini açıqlamayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru