Osmanlı ilə Rusiya arasında 1774-cü il iyulun 21-də Kiçik Qaynarca sülhünün imzalandığı yer.

Bu gün, 16:24           
Osmanlı ilə Rusiya arasında 1774-cü il iyulun 21-də  Kiçik Qaynarca sülhünün imzalandığı yer.
1768-ci ildə başlayan və 6 il davam edən savaşda Osmanlı dövləti ağır məğlubiyyətə uğradı. Sultan III Mustafanın 1774-cü ilin yanvarında ölüm səbəblərindən birinin də savaşın uğursuz gedişi olduğu təxmin edilir.
Kiçik Qaynarca sülhünə əsasən Osmanlı dövləti Krım xanlığını üzərində hakimiyyətindən əl çəkdi. Beləliklə, imperiya ilk dəfə müsəlmanlar yaşayan ərazini itirirdi (1783-cü ildə Rusiya Krımı ilhaq etdi).
Azov, Kinburn, Kerç və Yenikale şəhərləri, Dnepr və Buq çayları arasındakı ərazi Rusiyaya keçdi. Osmanlı Şimali Qafqazda bufer ərazi olan Kabardanın Rusiyaya ilhaqını tanıdı.
Rusiya Osmanlı daxilindəki pravoslavların himayəçisi kimi tanındı. İstanbulda səfirlik, Balkanlarda istədiyi yerdə konsulluq aça bilərdi. Rusiya səfirinin Eflak və Boqdan (Valaxiya və Moldova) barədə müraciətləri diqqətlə araşdırılmalı idi. Bu şərtlər Rusiyaya istənilən vaxt Osmanlının daxili işlərinə müdaxilə etmək fürsəti verirdi.
Qara dəniz Osmanlı gölü olmaqdan çıxdı. İndi ruslar da burada tcarət donanması saxlaya, boğazlardan sərbəst keçə və türk limanlarına yan ala bilərdilər.
Osmanlı dövləti tarixində ilk dəfə savaş təzminatı ödəməyi öhdəsinə götürdü ki, bu da mənəvi baxımdan Bab-i Ali üçün xüsusilə ağır idi.
Kaynarca kəndi hazırda Bolqarıstan ərazisində yerləşir. 1942-ci ilə kimi Malka Kaynarca adlanırdı. Əhaisi təxminən 600 nəfərdir.
"Tarixçi" teleqram kanalı
https://t.me/yadigarsadigli












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru