"Nvidia"ya rəqib olan yeni süni intellekt infrastrukturu yaranacaq

Bu gün, 16:18           
"Nvidia"ya rəqib olan yeni süni intellekt infrastrukturu yaranacaq
"Advanced Micro Devices" ("AMD") iyulun 24-də San-Fransiskoda keçiriləcək tədbirdə yeni nəsil süni intellekt infrastrukturu və məlumat mərkəzi avadanlıqlarını təqdim edəcək.

Valyuta.az xəbər verir ki, "AMD" tədbirdə məlumat mərkəzləri üçün hazırladığı yeni həllərini, o cümlədən "Helios" adlı ilk nəsil server rəfini nümayiş etdirəcək. Şirkət bu platformanı "Nvidia"nın ikinci nəsil analoji sisteminə alternativ kimi bazara çıxarmağı planlaşdırır.

Bununla yanaşı, "AMD"nin məlumat mərkəzləri üçün hazırladığı "Venice" mərkəzi emal prosessorunun (CPU) da rəsmi təqdimatı gözlənilir.

Şirkət xüsusilə süni intellektdə "inference" (çıxarış) hesablamaları bazarında mövqeyini gücləndirməyə çalışır. Bu texnologiya istifadəçilərin "ChatGPT" kimi süni intellekt çatbotlarına göndərdiyi sorğuların emalı prosesində istifadə olunur.

Məlumata görə, şirkət 2027-ci ilin ilk yarısından etibarən "Anthropic" şirkətinə iki giqavata qədər "Instinct MI450" çipləri tədarük etməyi planlaşdırır. Razılaşma çərçivəsində "Claude" modelinin yaradıcısına 5 milyard ABŞ dollarınadək investisiya yatırılması da nəzərdə tutulur.

Qeyd edək ki, "AMD" ötən ilin oktyabrında "OpenAI" ilə də çoxillik əməkdaşlıq müqaviləsi imzaladığını açıqlayıb. Şirkətin qiymətləndirməsinə görə, bu tərəfdaşlıq gələcəkdə illik on milyardlarla ABŞ dolları gəlir gətirə və "OpenAI"yə "AMD"nin təxminən 10%-dək səhmini əldə etmək imkanı yarada bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru