"OpenAI" AI infrastrukturuna yatırımı 750 milyard dollara çatdırıb

Bu gün, 15:44           
"OpenAI" AI infrastrukturuna yatırımı 750 milyard dollara çatdırıb
"OpenAI" 2030-cu ilədək süni intellekt infrastrukturuna yatıracağı vəsaiti 750 milyard dollara yüksəldib. Bu, şirkətin ilin əvvəlində açıqladığı proqnozdan 25% çoxdur.

Bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Şirkətin ilk böyük layihəsi ABŞ-ın Corciya ştatında həyata keçiriləcək 20 milyard dollarlıq "Project Camellia" məlumat mərkəzi olacaq. "OpenAI" layihənin tikinti və elektrik təchizatı xərclərini tam özü qarşılayacağını açıqlayıb.

Bununla yanaşı, şirkət elektrik şəbəkəsində yüksək tələbat yaranacağı hallarda enerji istehlakını 1 giqavata qədər azaltmağı öhdəsinə götürüb.

Məlumata görə, layihə üçün tələb olunan enerji əsasən təbii qaz, qalan hissəsi isə günəş enerjisi və batareya sistemləri hesabına təmin ediləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru