Azəriqaz İB-də şikayətlər səngimir - Bədəli nə olacaq?

17-08-2026, 10:02           
Azəriqaz İB-də şikayətlər səngimir - Bədəli nə olacaq?
SOCAR sahə üzrə məsul şəxslər. 1.5 ildir ki, belə ərizələrin sayı yüzlərlədir.Bədəli isə yəqin ki ağır olacaq! Tezliklə olar inşallah!
Azəriqaz İB -dan Məmmədov Rəfail yazır ki:
- 17 ildi Siyəzən rayon Qaz idarəsində işləyirəm. Test üsulu ilə keçirilən imtahanda 25 suala cavab vermişəm keçid 21 olduğu halda. Dəfələrlə region rəisi və baş mühəndisin qəbulunda olmuşam Siyəzəndə rayonunda çilingər peşəsində işləmək üçün. Mənə isə baş mühəndis və regionun rəisi bildirib ki imtahandan keçməyin şərt deyil, adamına de ki Xəqani Bəşirliyə desin sənə ştat versin qalan nə varsa biz həll edirik. Mən isə demişəm ki cənab prezidentə, vitse-prezidentə, prezidentin vətəndaş qəbuluna, ambutsmana məktublarım var. Onlar isə deyirlər ki adamına de . Mənim isə elə bir adamım yoxdur, buna baxmayaraq məni işdən azad eliyiblər. Bununla əlaqədar isə şirkətin baş ofisində Aqil məllim qəbulunda olmuşam. Şirkət prezidentinin adına məktub yazmışam, bir neçə müddətdən sora məni baş ofisə çağırıblar kadrlar rəis müavini Telman və Orxan məllim qəbul ediblər və məni dinləyiblər bununla əlaqədər qəbul otağında Xəqani Bəşirliyə zəng edilib işə qaytarılmağımı xahiş ediblər. Amma buna baxmayaraq heç bir nəticə yoxdur.
Mirvari Gahramanli












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru