İlham Əliyevin köməkçisinin həbsi gözlənilir

19-10-2015, 16:49           

Prezident İlham Əliyevin iqtisadi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini Əli Əsədovun işdən çıxarılması və həbsi gözlənilir. Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.

Mənbənin sözlərinə görə, Ə.Əsədov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovda şübhəli iş birliyi və milyardlarla dolların xaricə çıxarılmasında günahkar biilinir: “Ə.Əsədov E.Mahmudovun klanına daxil olub və bu qrupun aparıcı şəxslərindənb sayılıb. Ona görə də onun yaxın saatlarda və ya günlərdə işdən çıxarılacağı və həbsi planlaşdırılır”.

Ə.Əsədov qeyri- rəsmi olaraq Bakının mərkəzində çoxsaylı tikinti layihələrinə və iri dövlət sifarişlərinə nəzarət edib.

Ə.Əsədov 1956-cı il noyabrın 30-da Bakı şəhərində anadan olmuşdur. 1974-cü ildə Bakı şəhərindəki 134 saylı orta məktəbi, 1978-ci ildə isə Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə 1978-ci ildə Azərbaycan SSR Dövlət Plan Komitəsinin təyinatına müvafiq olaraq Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş lobarant kimi başlamışdır. 1978-1980-cı illərdə hərbi xidmətdə olmuşdur. 1980-1989-cu illərdə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda Baş laborant, aspirant, kiçik elmi işçi, elmi işçi, 1989-1995-ci illərdə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda, dosent, kafedra müdiri vəzifələrində çalışmışdır. 1995-2000-ci illərdə Milli Məclisinin deputatı olmuşdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru