MTN-də həbs edilən qadın general kimdi?

19-10-2015, 21:35           

Milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad olunduqdan az sonra Xüsusi Dövlət Mühafizə Xidmətinin Mili Təhlükəsizlik Nazirliyində (MTN) əməliyyat keçirdiyi barədə məlumat vermişdik.

Məlumatda deyilirdi ki, ənəliyyat nəticəsində MTN-nin Monitorinq Xidmətinin rəsisi general Teymur Quliyev, Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev və bir neçə başqa generalın həbs olunub. Mediada yayılan məlumatlara görə, nazir müavini general Hilal Əsədov da həbs olunub. İstiqlal.az- a daxil olan məlumata görə, həbs olunan generallar arasında qadın da var. Həmin generalın adı Natavan Mürvətovadır.

Onun MTN-nin Əməliyyat Texniki idarəsinin rəisi olduğu bildirilir. Natavan Mürvətova 2009-cu ildə general-mayor rürbəsi verilib. 2013-cü ildə isə o, "Vətən uğrunda" medalı ilə təltif olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru