Miqrantlar Rusiyadan Azərbaycana 400 milyon dollardan çox pul köçürdü

1-10-2019, 20:04           
Miqrantlar Rusiyadan Azərbaycana 400 milyon dollardan çox pul köçürdü
2019-cu ilin ilk altı ayında Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən 417 milyon dollar göndərilib. Eyni zamanda ilin birinci rübündə Rusiyadan köçürmələr 189 milyon dollar təşkil edib.

Unikal.org xəbər verir ki, bunu Rusiyanın Mərkəzi Bankının məlumatlarında görmək olar.

Hesabatda qeyd olunur ki, Azərbaycana hər dəfə orta hesabla, təxminən, 300 dollar göndərilir.

Ümumiyyətlə, 2019-cu ilin birinci yarısında Rusiyadan MDB ölkələrinə 5,720 milyard dollar göndərilib. MDB ölkələri arasında ən yüksək göstərici Özbəkistandadır: ilin ilk altı ayı ərzində Rusiyadan bu ölkəyə 2 milyard dollardan çox pul köçürülüb.

Rusiya Mərkəzi Bankı pul köçürmələrinin həcmini BLIZKO, CONTACT, "Western Union", "Zolotaya Korona", "Unistream" ödəniş sistemlərinin, eləcə də Rusiya poçtunun məlumatlarına əsasən hesablayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru