Liviya ordusu Tripolinin bәzi bölgәlәrini ələ keçirdi

30-05-2020, 04:42           
Liviya ordusu Tripolinin bәzi bölgәlәrini ələ keçirdi
Liviya ordusu paytaxt Tripolinin cәnubundakı bәzi әhәmiyyәtli bölgәlәri Haftar silahlılarından tәmizlәyib.

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Vadi Rabi bölgәsindә yaşanan qarşıdurmalar zamanı Haftara sadiq 20 silahlı zәrәsizlәşdirilib vә silahlılara mәxsus zirehli texnika mәhv edilib.

Kazirma vә Ehya Әl-Berriyә cәbhәsindәki әhәmiyyәtli bölgәlәr dә silahlılardan tәmizlәnib.

Liviya ordusu qaçan silahlıların torpaq altına yerlәşdirdiyi minaları mәhv etmәyә davam edir.

Haftara sadiq silahlılar isә mülki vәtәndaşlara qarşı hücumlarını davam etdirir.

Haftar silahlılarının paytaxt Tripoliyә tәşkil etdiyi hücum nәticәsindә 2-si uşaq olmaqla 3 nәfәr xәsarәt alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru