Bağdad bazarındakı terror hücumunun təşkilatçısı məhv edilib

3-02-2021, 07:50           
Bağdad bazarındakı terror hücumunun təşkilatçısı məhv edilib
İraqda beynəlxalq koalisiya qüvvələrinə məxsus aviasiya Bağdad bazarında törədilmiş terror hücumunun təşkilatçısını birini məhv edib.

APA xəbər verir ki, bu barədə İraqın Baş nazirinin hərbi məsələlər üzrə nümayəndəsi general Yəhya Rəsul “Twitter” səhifəsində açıqlama verib.

“Beynəlxalq koalisiyanın aviasiyası terrorçuların olduğu yerlər haqqında məlumat əldə edib. Bağdadın qərbindəki Əbu-Qreyb bölgəsinə hava hücumu təşkil olunub, nəticədə Cənubi İraqda silahlıların fəaliyyətinə rəhbərlik edən terrorçu Cabbar Əli Fəyyad öldürülüb”, - deyə açıqlamada qeyd olunub.

Bundan başqa, hücumunun olduğu yerə iki kamikadze üçün nəqliyyatı təmin edən terrorçu da məhv edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru