Piterdə azərbaycanlını güllələdilər

12-02-2016, 12:43           
Piterdə azərbaycanlını güllələdilər
Rusiyann Sankt-Peterburq şəhərinin Nevsk rayonunda 53 yaşlı azərbaycanlı güllələnib.

Virtualaz.org Peterburq KİV-lərinə istinadn xəbər verir ki, hadisə fevralın 12-də gecə baş verib. Gecə yarısı Podvoysk küçəsindəki 14 saylı binanın sakinləri güllə səslərinə küçəyə çıxıblar və yaxınlıqda yıxılıb qalmış kişini görüblər. Məlum olub ki, bu, 43? yaşlı Azərbaycan vətəndaşıdır. Ancaq şəxsin kimliyi göstərilmir. Naməlum şəxslər onun ürəyindən və başından güllələyərək öldürüblər. Cinayətkar silahı da özüylə aparıb və ətrafdakılardan heç kim onu görə bilməyib. Bununla belə şahidlər cinayətkarların ağ rəngli avtomobildə olduqlarını deyiblər. Öldürülən şəxs ötən ilin dekabrında həbsdən çıxıbmış.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru