Devalvasiya Tağı Əhmədovun milyonlarını “vurdu”

18-02-2016, 17:48           
Devalvasiya Tağı Əhmədovun milyonlarını “vurdu”
21 dekabr devalvasiyasından sonra ciddi maliyyə böhranı yaşayan banklara Azərbaycanın üzdə olan tanınmış adamlarının da böyük məbləğlərdə vəsait yatırdığı barədə məlumatlar yayılmaqdadır.

Bakı Metropolitenin sabiq rəisi, Yeni Azərbaycan Partiyası Yasamal rayon Təşkilatının hazırki sədri Tağı Əhmədovun da adı həmin tanınmışlar siyahısında var. Etibarlı mənbələrdən Modern.az saytına verilən məlumata görə, Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun bir neçə milyon manat vəsaiti bu günlərdə bağlanan banklardan birində batıb.

Bizə çatan dəqiq xəbərə görə, o, Azərbaycanda problemlə üzləşən bankların birinə vaxtı ilə küllü miqdarda əmanət yatırıbmış. Lakin ötən ilin 21 dekabrında manatın devalvasiyaya uğraması nəticəsində bir çox banklarda ciddi problemlər yarandığı üçün həmin kommersiya müəssisələri əmanətçilərin vəsaitləri geri qaytara bilməyib. Tağı Əhmədov da bankdan əmanətini geri istəyib, amma bu, alınmayıb. Nəticədə sabiq rəisin külli miqdarda əmanəti bankda batıb.

Modern.az saytı məsələyə Tağı Əhmədovun özündən münasibət öyrənməyə çalışıb. O, zəngimizə cavab versə də, mediadan olduğumuzu biləndən sonra telefonu söndürdü.

Xanımı Salatın Əhmədova isə suallarımızı səbrlə dinlədi, amma cavab verməkdən imtina etdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru