Ermənilər kəndlərimizi atəşə tutdu: Məktəb yandı — FOTO

19-02-2016, 23:08           

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Ermənistan silahlı birləşmələri təmas xəttinə yaxın yerləşən yaşayış məntəqələrini atəşə tutmağa davam edir.

teref.az ANS PRESS-ə istinadən məlumatına görə, qarşı tərəf bu dəfə Goranboyun Tap-Qaraqoyunlu kənd məktəbini hədəf alıb.

Gülləbaran nəticəsində məktəbin binasında yanğın baş verib. Ilkin məlumata görə, yanğın binanın dam örtüyündə başlayıb.

Tavan hissə qismən yanıb. Hadisə yerinə Goranboy rayon və Naftalan şəhər yanğından mühafizə hissəsinin əməkdaşları cəlb olunub.

Yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru