Gəncədə çempionu kriminal “razborkada” güllələyiblər – YENİ FAKTLAR

24-02-2016, 19:25           
Gəncədə çempionu kriminal “razborkada” güllələyiblər – YENİ FAKTLAR
Söhbətdə dörd nəfər iştirak edib. Gəncədə kikboksinq üzrə Azərbaycan çempionu Elmir Cəlilovun qətli ilə bağlı yeni detallar məlum olub. Teref/info Musavat.com-a istinadən xəbər verir ki, güllələnən idmançının yaxınlarının verdiyi məlumata görə, məsələnin kökü Elmir Cəlilovun həyat yoldaşının xalası oğlunun xeyli müddət əvvəl maşın almasına gedib çıxır.

O, avtomobil alıb, alverçiyə 500 manat borclu qalıb. Pulunu ala bilməyən alverçi Elmir Cəlilovun qohumundan Gəncədə kriminalla bağlılığı olan şəxslərə şikayət edib. Onlar borclunu “Kəpəz” mehmanxanasının qarşısında görüşə çağırıblar. Elmir Cəlilov isə həmin vaxt dostları ilə çayxanada imiş. Həyat yoldaşının xalası ona zəng edərək, görüş yerinə gəlməsini və onu tək qoymamasını xahiş edib. Elmir Cəlilov fevralın 20-si saat 23 radələrində “Kəpəz” mehmanxanasının qarşısını gəlib. Qarşı tərəfdən söhbətdə dörd nəfər iştirak edib. Mübahisə yaranıb, tərəflər arasında dava düşüb.

Elmir Cəlilova gücü çatmayacağını görən 1984-cü il təvəllüdlü Anar Tağıyev maşınında gəzdirdiyi tüfəngdən atış açıb və ikiqat Azərbaycan çempionunu qətlə yetirib. Gəncədəki mənbəmizin verdiyi məlumata görə, Anar Tağıyev şəhərdə kriminal əlaqələri ilə tanınır. Onun atası Şahin Tağıyev Rusiyada yaşayır. Onunda da kriminal bağlantıları var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru