Rayon maşınları Bakıya buraxılmayacaq - Generaldan xəbərdarlıq

13-05-2015, 15:47           
Rayon maşınları Bakıya buraxılmayacaq - Generaldan xəbərdarlıq
“Bakıda keçiriləcək Birinci AvropaOyunları vaxtı və bu ərəfədə narahatlıq doğuran məsələlərdən biri də nəqliyyat vasitələrinin parkinq edilməsi və tıxaclarla bağlıdır”.Sürücülərə müraciət edən Daxili İşlər Nazirinin müavini, polis general-leytenantı Oruc Zalov qeyd edib ki, oyunlar vaxtı müəyyən yerlərdə tıxaclar yarana bilər:

“Buna görə də ancaq ərzaq, yanacaq məhsulları kimi strateji məhsulların daşınması üçün xüsusi icazəsi olan yük maşınları şəhərə buraxılacaq. Minik avtomobillərinə gəlincə, biz Bakıdakı bütün sürücülərə, bütün vətəndaşlara müraciət edirik ki, tıxacda, günün altında saatlarla qalmamaq üçün minik maşınlarından maksimim az istifadə etsinlər. İyun ayı belə olacaq və indidən bu işə qoşulsalar, özlərini sınaqdan keçirsələr, yaxşı olar”.

Nazir müavini rayonlardan gələn nəqliyyat vasitələrinin günün müxtəlif vaxtlarında paytaxta buraxılmayacağını da bildirib:

"Rayonlardan Bakıya gəlmək istəyən sürücülərə müraciət edirəm. Onların şəhərə daxil olması müəyyən vaxtlarda mümkün olmayacaq. Ona görə də bəri başdan ictimai nəqliyyata uyğunlaşsalar, yaxşı olar. Biz şəhərin kənarında yerlər də təşkil edəcəyik ki, maşınları saxlasınlar və ictimai nəqliyyatla mərkəzə gəlsinlər".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]