Bakıda dəniz sahilində qadın meyiti tapılıb

15-05-2015, 16:15           
Bakıda dəniz sahilində qadın meyiti tapılıb
Bakıda Xəzər dənizinin sahilində 18-25 yaşlarında naməlum qadın meyiti aşkar edilib.

Dia.az-ın "Report"a istinadən məlumatına görə, Bakı-Qazax yolunun 23-cü kilometrliyində şose yoldan 320 metr dəniz istiqamətində Qaradağ rayon Lökbatan qəsəbəsi Xəzər dənizi sahilində üzərində zorakılıq əlamətləri olmayan naməlum qadın meyitinin olması barədə polisə məlumat daxil olub.

Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. İlkin əməliyyat-axtarış tədbirləri zamanı meyitin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. Şəkildə gördüyünüz qadını tanıyanlardan və onun barəsində hər hansı bir məlumatı olan şəxslərdən hüquq-mühafizə orqanlarına məlumat vermələri xahiş olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]