İranın PUA-sı uğursuz oldu - VİDEO

10-04-2023, 19:05           
İranın PUA-sı uğursuz oldu - VİDEO
İranın SEPAH quru qoşunlarının mütəxəssisləri 450 km-ə qədər məsafədə hədəfləri vura bilən və avtomobil üzərindən buraxılan yeni kamikadze pilotsuz uçuş aparatı hazırlayıblar.

“Paralel.az ” “Tasnim”ə istinadən xəbər verir ki, general Əli Kuhestani açıqlamasında Meraj-532 adlanan yeni PUA-nın sınaqlardan uğurla keçdiyini bildirib.

“Dron avtomobildən havaya qalxa, 3600 metrə qədər hündürlüyə yüksələ və 3 saata qədər havada qala bilir. PUA 50 kq ağırlığında döyüş başlığı ilə hədəfləri yüksək dəqiqliklə vura bilir”, - o deyib.

Lakin videodan da göründüyü kimi kamikadze hədəfə yaxın düşsə də, hədəfi dəqiqliklə vura bilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru