Əli İnsanov nədə günahlandırılır? - Qanunsuz həkimlik edərək narkotikli dərman yazıb...

24-08-2016, 13:25           
Əli İnsanov nədə günahlandırılır? - Qanunsuz həkimlik edərək narkotikli dərman yazıb...
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində etibarlı mənbədən əldə edilmiş məlumata görə, Əli İnsanov, qanunvericiliyə və Penitensiar Xidmətin daxili qaydalarına zidd olaraq, məhbuslara resept yazıb və qeyri-qanuni həkimlik fəaliyyəti ilə məşğul olurmuş.

Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsi Əli İnsanovun təyin etdiyi dərman vasitələrinin ekspertizasını aparıb və onların bəzilərinin tərkibində narkotik maddələr aşkarlanıb.

Bununla əlaqədar olaraq, Penitensiar Xidmət daxili təhqiqata başlayıb. Raşdırma zamanı Əli İnsanov sabotaja əl atıb, dava salıb və məhbusları üsyana qaldırmaq cəhdi edib.

Bu məlumat etibarlı mənbədən daxil olub, lakin biz Penitensiar Xidmətdən həmin məlumatın təsdiq edilməsini gözləyirik.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru