Sağlamlığınıza zərər vermədən nə qədər Dubay şokoladı yeyə bilərsiniz?

10-02-2025, 10:58           
Sağlamlığınıza zərər vermədən nə qədər Dubay şokoladı yeyə bilərsiniz?
Dubay şokoladı, xüsusilə şirniyyatsevərlər üçün populyar bir seçimdir, amma sağlamlıq baxımından diqqətli olmaq lazımdır.
Championat.com xəbər verir ki, qastroenteroloq və dietoloq Polina Şubina bu şirniyyatın istehlak miqdarını açıqlayıb.Mütəxəssisin fikrincə, bir bar Dubay şokoladı böyüklərin gündəlik kalori ehtiyacının təxminən yarısını təşkil edir, bu da təxminən 1380 kkal edir. Şubina bildirir ki, bu şokolad karbohidratlarla zəngindir, hansı ki, qan şəkərinin sürətli artımına səbəb ola bilər. Həkim xüsusilə ürək-damar xəstəlikləri və şəkərli diabet xəstələrinə bu şokoladı yeməməyi tövsiyə edir.Mütəxəssis Dubay şokoladının istehlakını gündəlik 20-30 qrama qədər məhdudlaşdırmağı təklif edir. Xüsusilə oturaq həyat tərzi keçirən şəxslər üçün bu miqdar təhlükəsizdir. Şubina əlavə edir ki, tünd şokoladdan fərqli olaraq, Dubay şokoladının sağlam olduğunu söyləmək çətindir, lakin vaxtaşırı zövq alınmasında heç bir problem yoxdur. Ancaq müntəzəm istehlak etməyi həkimlər tövsiyə etmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru