Goranboyda ağır qəza: Ölən və yaralananlar var

10-02-2025, 09:37           
Goranboyda ağır qəza: Ölən və yaralananlar var
Goranboyda baş verən ölən və xəsarət alanların kimliyi məlum olub.
TEREF-in APA-ya istinadən məlumatına görə 09.02.2025-ci il tarixdə Goranboy-Ağcakənd avtomobil yolunun Zeyvə kəndindən keçən hissəsində Səfikürd kənd sakini 2003-cü il təvəllüdlü Bayramov Məhəmməd Talıb oğlunun idarə etdiyi "VAZ 2107" markalı 22 BL 409 dövlət qeydiyyat nişanlı avtomobil, Aşağı Ağcakənd qəsəbəsində müvəqqəti yaşayan 1995-ci il təvəllüdlü Hüseynzadə Vahid Mobil oğlunun idarə etdiyi 77 QA 567 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.
Qəza nəticəsində "VAZ 2107" markalı avtomobilin sürücüsü M. Bayramov vəfat edib, həmin avtomobildə olan digər sərnişinlər Səfikürd kənd sakinləri 2001-ci il təvəllüdlü Allahverdiyev Mehman Aydın oğlu, 2001-ci il təvəllüdlü Babayev Uğur Ceyhun oğlu və 2001-ci il təvəllüdlü Allahyarov Məftun Namiq oğlu müxtəlif bədən xəsarətləri alaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Digər avtomobilin sürücüsü 1995-ci il təvəllüdlü Hüseynzadə Vahid Mobil oğlu və sərnişinlər Aşağı Ağcakənd qəsəbəsində müvəqqəti yaşayan 1980-ci il təvəllüdlü Hacıbabayev Samir Gülbaba oğlu, Qaraçinar kəndində müvəqqəti yaşayan 1971-ci il təvəllüdlü Qasımova Zəminə Rəfail qızı müxtəlif bədən xəsarətləri ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına yeləşdiriliblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru