Bakıda dəhşətli faciə: gənc ailə evdə ölü tapıldı - VİDEO

14-02-2025, 08:34           
Bakıda dəhşətli faciə: gənc ailə evdə ölü tapıldı - VİDEO
İki həftə sonra ana olacaq qadın, bətnindəki övladı və həyat yoldaşı dəm qazından boğularaq ölüblər.

TEREF Xəzər TV-yə istinadən məlumat verir ki, faciəli hadisə paytaxtın Suraxanı rayonu, Bülbülə qəsəbəsində baş verib.

Belə ki, Şərq küçəsində fərdi evdə yaşayan Arif Qurbanov və həyat yoldaşı Aytən Qurbanova yaxınları tərəfindən evdə ölü tapılıblar.

Ailə üzvləri bildiriblər ki, cütlük bir neçə il əvvəl ailə həyatı qursa da, övladları yox idi. Amma 8 ay əvvəl Aytən Qurbanovanın ana olacağı ilə bağlı verdiyi xəbər onları çox sevindirib.

Hadisə yerinə təcili yardım briqadası gəlsə də, onların öldükləri müəyyən edilib.

Yaxınları deyir ki, Arif Qurbanov 44 günlük Vətən müharibəsində könüllü iştirak edib. O, ''Qubadlının azad olunmasına'' görə və ''Vətən müharibəsi iştirakçısı'' medalları ilə təltif olunub.

Hadisə ilə bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru