Ukrayna Rusiyada təyyarə zavodunu dronlarla vurdu

25-11-2025, 16:25           
Ukrayna Rusiyada təyyarə zavodunu dronlarla vurdu
Ukrayna Rusiyanın Rostov vilayətinin Taqanroq şəhərinə kütləvi dron hücumu edib.

Bu barədə "Focus.ua" nəşri xəbər verir.

Məlumata görə, şəhərdə onlarla partlayış baş verib və yanğınlar başlayıb. Sakinlərin bildirdiyinə görə, 20-dən çox partlayış səsi eşidilib.

Həmçinin təyyarə zavoduna zərbə dəydiyi və "A-60" təyyarəsinin məhv edildiyi qeyd edilir. Yerli sakinlər hücum olunan ərazidə təyyarənin yandığını bildiriblər və bunun "A-60" ola biləcəyi deyilir. Eyni zamanda, Taqanroqdakı anqarın da yandığı bildirilir. İlkin məlumatlara görə, həmin vaxt anqarda üzərində modernləşdirilmə işləri aparılan "Tu-95MS" strateji bombardmançı təyyarəsi olmuş ola bilər.

Şahidlərin sözlərinə görə, bəzi evlərdə pəncərələr titrəyib və park edilmiş avtomobillərdə siqnalizasiya işə düşüb.

Yerli hakimiyyət orqanları Taqanroq şəhərinə dron hücumunu təsdiqləyiblər. İki çoxmənzilli yaşayış binasına və bir fərdi evə ziyan dəydiyi, həmçinin sənaye zonasında anbarda yanğın baş verdiyi bildirilir.

Təsdiqlənməmiş ilkin məlumata görə, eyni zamanda, "İl-76MD" hərbi nəqliyyat təyyarəsi bazasında yaradılan sovet eksperimental lazer kompleksinə də zərbə dəyib. Bunu, xüsusən də hadisə yerindən yayılan bəzi görüntülər təsdiqləyir.

Həmçinin Taqanroqda hava limanının dispetçer qülləsinin vurulduğu da ehtimal edilir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]