Hindistanda qadın öz övladlarından daha gözəl hesab etdiyi uşaqları boğaraq öldürüb

5-12-2025, 15:18           
Hindistanda qadın öz övladlarından daha gözəl hesab etdiyi uşaqları boğaraq öldürüb
Hindistanda bir qadın öz uşaqlarından daha gözəl hesab etdiyi uşaqları boğaraq qətlə yetirib.

Bu barədə "The Times of India" nəşri xəbər verib.

Hindistanın Naulta kəndində keçirilən toy mərasimi bir neçə qəddar uşaq qətlinin üstünün açılmasına səbəb olub. Hadisə 6 yaşlı Vidhi adlı qızın "bədbəxt hadisə" kimi qiymətləndirilən ölümündən sonra üzə çıxıb. Onun cəsədi toy mərasiminin qızğın vaxtında vannada tapılıb.

Şübhəli qismində Bhavar kəndindən olan fermerin arvadı, dörd yaşlı uşağın anası, 34 yaşlı Punam adlı qadın saxlanılıb. Polis bildirib ki, o, Vidhi və son iki ildə daha üç uşağı öldürdüyünü etiraf edib. Qadın bütün qurbanlarını vannalarda və ya su qablarında boğub və onların ölümləri əvvəlcə təsadüfi qəzalar kimi qiymətləndirilib.

Polisin məlumatına görə, cinayətlərin motivi paxıllıq olub. Punam etiraf edib ki, öz uşaqlarından daha gözəl hesab etdiyi uşaqlara zərər vermək istəyib. Araşdırma zamanı məlum olub ki, o, 2023-cü ilin yanvarında gəlininin qızı, 9 yaşlı İşikanı boğub. Daha sonra ifşa olunacağından qorxaraq, hadisənin şahidi ola biləcək 3 yaşlı oğlu Şubhamı da öldürüb.

2024-cü ilin avqustunda isə Punamın növbəti qurbanı yaxın qohumunun qızı, 6 yaşlı Ciya olub. İstintaqın versiyasına görə, Punam toy mərasimində qızı görərək, ona su gətirməyə kömək etməyi təklif edib, orada boğub. Cinayətdən sonra qapını kilidləyərək sakit şəkildə şənliyə qayıdıb.

Hazırda istintaq davam edir və saxlanılan qadın barəsində hansı qətimkan tədbirinin seçiləcəyi müəyyənləşdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]