Braziliyada kitabxanaya basqın: Sənət əsərləri oğurlandı

8-12-2025, 15:38           
Braziliyada kitabxanaya basqın: Sənət əsərləri oğurlandı
Silahlı cinayətkarlar Braziliyanın San-Paulu şəhərində yerləşən kitabxananı qarət ediblər.

Bu barədə məlumatı G1 saytı yayıb.

Canilər qiymətli sənət əsərlərini oğurlayıblar.

Qarətçilərin diqqətini məşhur Fransa rəssamı Anri Matisin səkkiz qravürü cəlb edib. Eyni zamanda, Braziliya rəssamı Kandido Portinarinin beş əsəri də oğurlanıb.

Bu əsərlərin hər biri kitabxanada keçirilən sərgidə nümayiş olunub. Hazırda hüquq-mühafizə orqanları cinayətkarları axtarırlar. Onların şəxsiyyəti artıq müəyyən edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]