Lənkəranda DƏHŞƏT: arvadına sataşan kişini girov götürüb zorladılar

8-01-2026, 12:20           
Lənkəranda DƏHŞƏT:
Lənkəranda kişini girov götürərək, işgəncə veriblər.

Lent.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

İttiham aktına görə, Lənkəran şəhər sakini 34 yaşlı Fuad Mustafayev (ad və soyad şərtidir) yaşadıqları evdə arvadının telefonuna “Niyə mənə cavab verməmisən” kimi mesaj yazıldığını görüb. O, mesaj yazan şəxsin arvadı ilə birgə çay zavodunda işləyən zərərçəkən olduğunu müəyyən edib.

Bu barədə dostu Mahirə (ad şərtidir) də bildirərək, arvadı ilə sevgi münasibətində olduğunu düşündüyü zərərçəkən Qasımı (ad şərtidir) cəzalandırmaq istəyib. Onlar Füzuli küçəsindəki avtomobil sexinin qarşısında Qasımı Mahirin maşınına mindirərək, Fuadın evinə aparıblar. Evin ikinci mərtəbəsində zərərçəkəni 10-15 dəqiqə nalayiq ifadələrlə təhqir ediblər. Sonra təqsirləndirilən şəxslər zərərçəkəni alçaltmaq üçün onu zorlayıblar. Bununla yanaşı Fuad zərərçəkənin onun arvadına sataşmasından, həmçinin “Sənin arvadına da belə hərəkət etsələr, keçərsən?” sualına “Hə keçərəm” deməsindən qəzəblənərək, balta ilə Qasımı ölümlə hədələyib.

Onların ifadələri zamanı dediklərinə görə, hadisə anlarını Fuadın oğlu telefon vasitəsilə videoya çəkib. Lakin sonradan video silinib.

Bu əməllərinə görə, Fuad və Mahir saxlanılıb. Onların barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Hər iki şəxs istintaq zamanı Qasımdan üzr istədiklərini, himayələrində azyaşlı uşaq olduqlarını və zərərçəkənə dəymiş ziyanı ödədikləri üçün barələrində yüngül cəza verilməsini xahiş ediblər.

Lənkəran rayon Məhkəməsinin qərarı ilə hər iki təqsirləndirilən şəxs barəsində 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]