10 min manatlıq cehizlik əşyalar oğurlayan şəxs saxlanılıb
8-02-2026, 09:08
Səbail rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb.
TEREF APA-ya istinadla xəbər verir ki, zərərçəkən polisə müraciət edərək övladı üçün cehiz məqsədilə aldığı, ümumi dəyəri 10 min manat olan məişət əşyalarının hissə-hissə oğurlandığını bildirib.
Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən 33 yaşlı Ağabala Əhmədov müəyyən edilərək saxlanılıb.