Britaniya çimərliyində beş yaşlı oğlan naməlum məxluq tapdı

8-02-2026, 11:18           
Britaniya çimərliyində beş yaşlı oğlan naməlum məxluq tapdı
Beş yaşlı Çarli Teviner İngiltərənin Plimut şəhərindəki çimərliklərdən birində insan qaraciyərinə və ya ürəyinə bənzəyən sirli dəniz canlısı tapıb.

Bu barədə "The Sun" məlumat yayıb.

Anasının sözlərinə görə, Çarli qeyri-adi məxluqu xərçəng zənn edib və onu tutmağa çalışıb. Valideynlər uşağın qurumuş yosunu tapdığını düşünüblər, lakin sonradan onun canlı orqanizm olduğunu başa düşüblər.

Daha sonra Dəniz Biologiya Assosiasiyasının mütəxəssisləri tapıntını araşdırıblar və onun Britaniyada nadir hallarda rast gəlinən bir molyusk - "Aplysia depilans" (Aralıq dənizi dovşanı) olduğunu bildiriblər.

Bioloqlar qeyd etiblər ki, bu canlılar adətən Aralıq dənizində və Atlantik okeanının şərqində tapılır, lakin Böyük Britaniyada isti hava və tez-tez baş verən fırtınalar onların miqrasiyasına səbəb ola bilər.

Mütəxəssislər həmçinin canlıya toxunmamağı məsləhət görüblər, belə ki o, toksinlər ifraz edə bilər. Təbiətdə molyusk 40 sm-ə qədər uzunluğa çata bilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru