Hindistan HHQ iki ildə üçüncü yerli istehsal olan Tejas təyyarəsini itirib

23-02-2026, 15:44           
Hindistan HHQ iki ildə üçüncü yerli istehsal olan Tejas təyyarəsini itirib
Hindistan istehsalı olan dördüncü nəsil "Tejas" yüngül qırıcı təyyarəsi Hindistan Hərbi Hava Qüvvələrinin (HHQ) aviabazasına eniş edərkən qəzaya uğrayıb, pilot uğurla katapult edib.

"Report" xəbər verir ki, bu barədə yerli "Economic Times" qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə fevralın əvvəlində, təlim uçuşundan sonra eniş edərkən baş verib. Təyyarə ciddi zərər görüb. Pilot yüngül xəsarətlər alıb.

Hadisə ilə bağlı hələlik rəsmi bəyanat verilməyib.

Bu, "Tejas" qırıcısının iştirakı ilə baş verən üçüncü qəzadır. Birincisi 2024-cü ilin martında ölkənin şimal-qərbində, Racastxan ştatının Caysalmer şəhəri yaxınlığında baş verib. Qəzaya baxmayaraq, pilot uğurla xilas olub. İkinci qəza 2025-ci ilin noyabrında, qırıcı Dubaydakı aviaşouda nümayiş çıxışlarında iştirak edərkən baş verib. Faciəvi qəza nəticəsində eskadrilya komandiri Namanş Syal həlak olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru