Trampın iqamətgahına girmək istəyən şəxs güllələndi
23-02-2026, 07:44
ABŞ Məxfi Xidməti səhər saatlarında Donald Trampın Floridadakı iqamətgahı – Mar-a-Laqo ərazisinə qanunsuz daxil olan silahlı şəxsi zərərsizləşdirib.
Gununsesi.info xəbər verir ki, hadisə barədə Məxfi Xidmətin “X” sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Xidmətin məlumatına görə, həmin şəxs Mar-a-Laqo malikanəsinin şimal darvazası yaxınlığında ov tüfənginə bənzər əşya və yanacaq bidonu ilə görülüb. Hadisə yerinə agentlər və Palm-Biç dairəsinin şerif müavini gəlib.