Qarabağ Universitetinin Klinikasının ərazisi təmiz saxlanılmayıb - Baş direktor cərimələndi

25-02-2026, 16:39           
Qarabağ Universitetinin Klinikasının ərazisi təmiz saxlanılmayıb - Baş direktor cərimələndi
"Qarabağ Universitetinin Klinikası" publik hüquqi şəxsin baş direktoru Samir Babayev cərimələnib.
Qaynarinfo-nun məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən klinikada planlı yanğın təhlükəsizliyi yoxlaması aparılıb.
Yoxlama zamanı elektrik qurğularının normativ sənədlərə uyğun istismar olunmadığı, təxliyyə planının tərtib edilmədiyi, ərazinin yanğın təhlükəsizliyi baxımından təmiz saxlanılmadığı və s. çoxsaylı nöqsanlar aşkar edilib.
Samir Babayev barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi (yanğın təhlükəsizliyi standartlarının, norma və qaydalarının, o cümlədən yanğın əleyhinə təbliğatın tələblərinin pozulmasına görə məsuliyyəti) ilə protokol tərtib olunub və işə məhkəmədə baxılıb.
Məhkəmənin hökmü ilə Qarabağ Universitetinin Klinikasının baş direktoru Samir Babayev 350 manat cərimə edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru