Boliviyada pulla dolu təyyarə qəzaya uğradı: Azı 15 nəfər öldü, xeyli yaralı var

28-02-2026, 12:27           
Boliviyada pulla dolu təyyarə qəzaya uğradı: Azı 15 nəfər öldü, xeyli yaralı var
Boliviyada ölkənin Hərbi Hava Qüvvələrinə məxsus "C-130 Hercules" təyyarəsinin qəzaya uğraması nəticəsində azı 15 nəfər ölüb, 28 nəfər yaralanıb.

Oxu.Az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Marsela Flores "Unitel" telekanalına açıqlamasında bildirib.

Onun sözlərinə görə, zərərçəkənlərin əksəriyyətinin vəziyyəti ağırdır.

Qəza zamanı yeddi heyət üzvünün sağ qaldığı açıqlanıb. Bir nəfərin isə itkin düşdüyü qeyd olunur.

Yayılan məlumatlara görə, təyyarə eniş zamanı uçuş zolağından çıxaraq, hava limanı yaxınlığındakı magistral yolda nəqliyyat vasitələri ilə toqquşub.

Xəbərdə bildirilir ki, təyyarə nağd pulla yüklü olub. El-Alto şəhərində baş verən qəza zamanı yüz minlərlə boliviano əsginası (yerli valyuta) yerə dağılıb. Təhlükəsizlik qüvvələri yerdən pulları yığan insanları qovmaq üçün su şırnaqlarından istifadə etmək məcburiyyətində qalıblar.

Qəzanın dəqiq səbəbi araşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru