Evində zoopark yaradan Moskva sakinindən şirlər və ayılar müsadirə edildi

Dünən, 17:34           
Evində zoopark yaradan Moskva sakinindən şirlər və ayılar müsadirə edildi
Rusiya Baş Prokurorluğu Yeni Moskva ərazisində yerləşən "Kruiz" bağ sahəsində yaşayan bir sakindən Afrika şirləri, ayılar və bir leopardın müsadirə olunduğunu açıqlayıb.

"Gazeta.ru" xəbər verir ki, heyvanlar dar və paslanmış qəfəslərdə, baytarlıq nəzarəti olmadan saxlanılıb.

Yoxlama zamanı əzab çəkən yırtıcılar aşkar edilib. Onların bir qismi müsadirə olunub, digərləri isə müvəqqəti saxlanmaya verilib.

Sahibinə Qırmızı kitaba daxil edilmiş və nadir növlərə zərər vurulması maddəsi ilə inzibati iş açılıb. Heyvanların vəziyyətindən asılı olaraq, ona qarşı heyvanlarla qəddar rəftar maddəsi ilə cinayət işi də qaldırıla bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]