İran Bəhreyn və Səudiyyə Ərəbistanını birləşdirən körpünü vurdu - VİDEO

Bu gün, 10:46           
İran Bəhreyn və Səudiyyə Ərəbistanını birləşdirən körpünü vurdu - VİDEO
İran Bəhreyn və Səudiyyə Ərəbistanını birləşdirən Kral Fəhd Kozvey körpüsünü vurub.

Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə pilotsuz uçuş aparatının körpüyə çırpılması nəticəsində baş verib.

Məlumata görə, hücumun əsas məqsədi ABŞ-nin hərbi personalının təxliyəsi üçün həmin keçiddən istifadə imkanının qarşısını almaq olub.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq Tehran da daxil olmaqla bir sıra böyük şəhərlərə zərbələr endirib. Ağ Ev hücumların başlanmasını İrandan qaynaqlandığı iddia olunan raket və nüvə təhdidləri ilə əlaqələndirib.

İslam İnqilabı Keşikçiləri Korpusu isə buna cavab olaraq genişmiqyaslı əməliyyat elan edib. Mehr xəbər agentliyinin yaydığı məlumata əsasən, ABŞ-nin Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı hərbi bazaları da hədəfə alınıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]