El Menço qızl tabutda dəfn olundu

Bu gün, 12:56           
El Menço qızl tabutda dəfn olundu
Meksikadakı “Xalisko Yeni Nəsil” narkotik kartelinin qətlə yetirilmiş lideri, El Menço ləqəbli Ruben Oseguera Servantesin qalıqları qızıl tabutda basdırılıb.

Referans Media xəbər verir ki, tabut Xalisko əyalətindəki Zapopan bələdiyyəsindəki qəbiristanlığa təhvil verilib. “El Universal” qəzetinin məlumatına görə,orkestr ifası ilə müşayiət olunan dəfn mərasimi qapalı qapılar arxasında keçirilib.

Nəşr vurğulayır ki, cəsədin daşınması və dəfn mərasimi genişmiqyaslı təhlükəsizlik əməliyyatı ilə müşayiət olunub. Federal və regional təhlükəsizlik qüvvələri kortejin marşrutunu və Resinto de la Paz qəbiristanlığının ərazisini mühafizə edib. Bundan əlavə, hərbi personal və zirehli maşınlar dəfn evinin yaxınlığında yerləşdirilib.

Xatırladaq ki, 22 fevralda Meksika Milli Müdafiə Nazirliyi, “Xalisko Yeni Nəsil” narkotik kartelinin lideri El Menço kimi tanınan Ruben Oseguera Servantesin məhv edildiyini elan etdi. Nazirliyin məlumatına görə, cinayətkar Xalisko ştatının Tapalpa şəhəri yaxınlığında təhlükəsizlik qüvvələri ilə silahlı toqquşma zamanı ağır yaralanıb və xəstəxanaya aparılarkən yolda ölüb. Bu hadisədən sonra Xalisko və Meksikanın digər ərazilərində iğtişaş və dağıntılar qeydə alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]