Həkimlər öldüyünü təsdiqləmişdilər: ABŞ-də hovuzda boğulan uşaq saatlar sonra dirildi

5-03-2026, 16:18           
Həkimlər öldüyünü təsdiqləmişdilər:
ABŞ-nin Arizona ştatında azyaşlı uşaq şəxsi evin arxa həyətində yerləşən hovuzda boğularaq ölüb.

Oxu.Az xəbər verir ki, bu barədə "People" nəşri məlumat verib.

Məlumata görə, hadisə yerinə gələn tibb işçiləri uşağın öldüyünü təsdiqləyiblər. Lakin beş saat keçdikdən sonra azyaşlı qəfildən ayılıb.

"Bir neçə saat sonra polis idarəsindən bildirilib ki, uşaqda həyat əlamətləri peyda olub və o, yaxınlıqdakı başqa bir xəstəxanaya aparılıb", - deyə nəşr qeyd edib.

Təcili yardım həkimi Frenk Lovekkio baş verənin əsl möcüzə olduğunu vurğulayıb. O ehtimal edib ki, soyuq suda donduqdan sonra uşağın nəbzi çətinliklə hiss edilə bilən səviyyəyə qədər yavaşlayıb.

"Tibbdə heç vaxt "heç vaxt" demə", - deyə Lovekkio əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru